Reuters-dən sensasion iddia: ABŞ hərbçiləri ağır itkilər verib
İranla müharibə başlayandan bəri 150-yə qədər amerikalı hərbçi yaralana bilər.
Bu barədə Reuters vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu rəqəm Pentaqonun daha əvvəl açıqladığı rəsmi göstəricidən xeyli çoxdur. Müdafiə Nazirliyi bundan əvvəl yalnız səkkiz ağır yaralı barədə məlumat vermişdi.
Pentaqon isə yaralıların sayına dair yeni qiymətləndirməni hələlik şərh etməyib.