İran İsrailə növbəti raket zərbəsi endirdi
İsrail Müdafiə Ordusu (SAXAL) İran ərazisindən İsrail istiqamətində daha bir raket buraxılışının qeydə alındığını açıqlayıb.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün aktiv rejimdə çalışır.
Ordunun açıqlamasında vurğulanıb ki, İsrail ərazisinə doğru atılan raketlər aşkar edilib və onların zərərsizləşdirilməsi prosesi davam edir.
“İsrail Müdafiə Ordusu İran tərəfindən İsrail Dövlətinin ərazisinə doğru raket buraxılışını müəyyən edib. Raketdən müdafiə sistemləri təhlükənin neytrallaşdırılması üzərində işləyir.”
Hazırda zərər və itkilərlə bağlı əlavə məlumat verilməyib. Vəziyyət operativ şəkildə izlənilir.