SEPAH yeddinci və səkkizinci hücum dalğasını elan etdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Həqiqi Vəd 4” əməliyyatı çərçivəsində yeddinci və səkkizinci dalğanın başladığını təsdiqləyib. Bu barədə ISNA agentliyi məlumat yayıb.
SEPAH-ın açıqlamasında qeyd olunub ki, ABŞ və İsrailə qarşı yönəlmiş növbəti mərhələ artıq start götürüb. Lakin Tehran hədəf alınan obyektlərin konkret siyahısını açıqlamayıb.
Bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Vaşinqton və Təl-Əvivi 1 martda misilsiz qisasın gözlədiyini bildirmişdi. O, əvvəlki raket yaylımlarının düşmən obyektlərinə ciddi ziyan vurduğunu da vurğulamışdı.