Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak haqqı təsdiqləndi
Azərbaycanda müəllimlərin işə qəbulu müsabiqəsində iştirak haqqı təsdiqlənib.
Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, müsabiqədə iştirak üçün ödəniş məbləği 60 manat müəyyən edilib.