Kitabların gücü ilə ümidə yol: Direktor Arzu Əliyevadan nümunəvi ziyarət-FOTOLAR
Sosial mediada peşəkarlığı və humanist yanaşması ilə tanınan məktəb direktoru Arzu Əliyeva evdə təhsil alan Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinin şagirdi, fiziki qüsurlu Eşqin Əliyevi evində ziyarət edib.
Denmedia.az xəbər verir ki, ziyarət Salyan rayonu, Çadırlı kəndində baş tutub.
Tədbirdə Kitab gəzər layihəsinin komandası, tanınmış yazıçı Amin Oruc və bir sıra ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Kitab Bağışlama Günü münasibətilə keçirilən bu mənalı görüşdə Eşqin Əliyevə kitablar və müxtəlif hədiyyələr təqdim olunub. Direktor Arzu Əliyeva şagirdlə səmimi söhbət apararaq onun daim yanında olacağını, sevincinə və gələcək uğurlarına ürəkdən sevinəcəyini bildirib. O, təhsilin hər bir uşaq üçün əlçatan olmasının vacibliyini vurğulayıb və Eşqinin inkişafı üçün dəstəyin davam edəcəyini qeyd edib.
Yazıçı Amin Oruc şagirdə bağışlanan kitablar barədə ətraflı məlumat verib, oxumağın dünyagörüşünə və şəxsiyyətin formalaşmasına verdiyi töhfələrdən danışıb. Görüş boyu uşağın sevinc dolu anları tədbir iştirakçıları tərəfindən böyük məmnunluqla qarşılanıb.
Eşqin Əliyev göstərilən diqqət və qayğıya görə məktəb rəhbərliyinə, “Kitab gəzər” layihəsinin komandasına və qonaqlara dərin təşəkkürünü bildirib.



Nizami Rəsulov
Denmedia.az
nizami