ABŞ 175 min əcnəbinin vizasını ləğv etdi: Trampın böyük viza qərarı
ABŞ Dövlət Departamenti Donald Trampın ABŞ prezidenti vəzifəsinin icrasına başladığı vaxtdan bəri 175 mindən çox əcnəbi vətəndaşın vizasını, əsasən cinayətkar fəaliyyətlə əlaqədar olaraq ləğv etdiyini bildirib.
Məlumatda söhbət "öz viza şərtlərini pozan, cinayət törədən, ABŞ vətəndaşlarına qarşı zorakılığa çağıran, amerikalıları aldadan, immiqrasiya sistemindən sui-istifadə edən və ya milli təhlükəsizliyə təhdid yaradan" əcnəbilərdən gedir.
"Əsas səbəblər hücumlar, spirtli içki və ya narkotik vasitənin təsiri altında avtomobil idarə etmə, oğurluq və narkotiklə bağlı cinayətlər olub. Vizaların əhəmiyyətli bir hissəsi təhlükəli sürücülük, cinsi zorakılıq, uşaqlara qarşı qəddar rəftar, dələduzluq və mənimsəmə, eləcə də digər cinayətlərə görə ləğv edilib", - deyə Dövlət Departamenti dəqiqləşdirib.