BMT: Süni intellekt terrorçuların əlində təhlükəyə çevrilir
BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, terrorçular dünyada yeni texnologiyalara sürətlə uyğunlaşır.
O, dördüncü yüksək səviyyəli konfransda çıxışı zamanı qeyd edib ki, innovasiyalar terror qruplarının insanları cəlb etməsini, maliyyə əldə etməsini və hücumları planlaşdırmasını asanlaşdırır.
“Bu alətlər onların insanları cəlb etmək, maliyyələşmək və hücumları planlaşdırmaq imkanlarını dəfələrlə artırıb”, — deyə Quterreş bildirib.
Baş katibin sözlərinə görə, süni intellekt və rəqəmsal platformalar terrorçular üçün təhlükəli vasitəyə çevrilir. Bununla yanaşı, Quterreş vurğulayıb ki, eyni texnologiyalar dövlətlər tərəfindən təhdidlərin erkən aşkarlanması, qanunsuz maliyyə axınlarının qarşısının alınması və radikallaşma yollarının öyrənilməsi üçün də istifadə oluna bilər.