Makron Oman Sultanı ilə görüşdə diplomatik etiketi pozdu
Fransa Prezidenti Emmanuel Makronun gün eynəyi yenidən diqqət mərkəzinə düşüb. “İzvestiya”nın məlumatına görə, siyasətçi Oman Sultanı Heysəm bin Tariq Al Səid ilə görüşə gün eynəyində qatılıb.
Açıq havadan qapalı məkana keçdikdən sonra Makron tünd rəngli eynəyini çıxarmaqdan imtina edib.
Diplomatik etiket baxımından qeyri-adi görünən bu formada Fransa Prezidenti bütün danışıqları aparıb və mühüm dövlətlərarası sazişləri imzalayıb.
Makronun bu cür davranışı ilk dəfə deyil ki, ictimaiyyətdə geniş müzakirələrə səbəb olur. Bundan əvvəl Fransa lideri Davosda keçirilən Dünya İqtisadi Forumuna da gün eynəyində qatılmışdı.
Həmin vaxt onun üslubu bir sıra tanınmış siyasi xadimlər, o cümlədən ABŞ Prezidenti Donald Tramp tərəfindən açıq şəkildə lağa qoyulmuşdu.