Fransada məmurların narkotik testindən keçirilməsi qalmaqal yaratdı
Fransa hakimiyyəti dövlət qulluqçularının qadağan olunmuş maddələrdən istifadə ilə bağlı yoxlamalarının nəticələrini açıqlamır. Bu barədə Le Figaro nəşri yazıb.
Nazirlər Kabinetində bildirilib ki, testin nəticəsi müsbət çıxarsa, həmin əməkdaş işdən azad ediləcək. Bununla belə, onun adı və konkret məlumatlar məxfi saxlanıla bilər.
“Biz məhkəmə deyilik. Narkotik testləri ilə bağlı bu kampaniyaya nümunə göstərmək və milli təhlükəsizliyi təmin etmək üçün başlamışıq. Bu vəzifələr mahiyyət etibarilə həssasdır və əməkdaşları da həssas vəziyyətə salır. Biz adları açıqlamaq niyyətində deyilik”, — deyə Fransa Baş naziri Sebastyen Lekornyuya yaxın mənbə bildirib.