BMT iflas təhlükəsi ilə üz-üzə qala bilər
BMT ABŞ və Çindən ödənişlərin daxil olmaması səbəbindən maliyyə böhranı ilə üzləşə bilər. Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, təşkilatın əsas xərclərinin 42 faizi məhz bu iki ölkənin üzvlük haqları hesabına formalaşır.
“BMT ABŞ və Çinin təşkilata ödənişləri dayandırması fonunda iflas həddinə yaxınlaşır”, deyə məlumatda qeyd olunub.
Jurnalistlərin yazdığına görə, vəsaitlərin vaxtında daxil olmaması səbəbindən BMT xərclərini ciddi şəkildə azaltmağa məcbur qalıb. Xüsusilə, təşkilatın bəzi ofisləri bağlanıb, tərcüməçilərin iş saatları isə azaldılıb.
Bununla belə, BMT rəhbərliyi fəaliyyətini köklü şəkildə yenidən qurmaq və ya borc götürmək imkanına malik deyil.