Tramp Cey Di Vensin ölkəyə rəhbərlik qabiliyyətinə şübhə edir
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin ölkəyə rəhbərlik etmək qabiliyyətinə şübhə ilə yanaşıb. Bu barədə The New York Times mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, dövlət başçısı tez-tez köməkçilərindən ölkəni idarə etməyin öhdəsindən kimin daha yaxşı gələ biləcəyini soruşur.
Məlumatda qeyd olunur ki, son vaxtlar köməkçiləri və müttəfiqləri ilə söhbətlərdə Tramp vitse-prezidenti barədə tez-tez belə sual verir:
“Cey Di Vensdə sona qədər getmək üçün lazım olan hər şey varmı?”
Adətən isə bu suala özü belə cavab verir:
“O, buna o qədər də əmin deyil?”
Jurnalistlərin məlumatına görə, Tramp şəxsi söhbətlərdə Vensin səhvlərini də xatırladır. Bunların arasında vitse-prezidentin Ohayo ştatı üzrə Amerika futbolu çempionatının kubokunu əlindən salması hadisəsi də var.
Bundan başqa, Ağ Evdə Vensə sosial şəbəkələrə həddindən artıq çox vaxt ayırdığı eyham edilir. Bildirilir ki, bu davranış onun tutduğu vəzifəyə “uyğun gəlmir”.