Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma addımları fonunda məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Bu barədə Rusiya mediası Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Pavloviç Kopırkin Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa zərər vuran Avropa İttifaqı ilə yaxınlaşma addımları ilə əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb”, deyə məlumatda bildirilib.