“Anaları düşünün” - İran Levitin qızının dünyaya gəlməsinə sərt reaksiya verdi
İranın Ermənistandakı səfirliyi Ağ Evin mətbuat katibinə sərt mesaj ünvanlayıb.
Diplomatlar bunu ABŞ administrasiyası nümayəndəsini ana olması münasibətilə təbrik edərkən bildiriblər.
Müraciətdə qeyd olunub ki, ABŞ-ın Minab şəhərində qız məktəbinə hücumu zamanı ölən 168 uşaq da övlad idi.
Rəhbərinizin Minabdakı məktəbdə öldürdüyü və sizin haqq qazandırdığınız həmin 168 uşaq da övlad idi. Öz körpənizi öpəndə o uşaqların analarını düşünün, — deyə müraciətdə bildirilib.
Qeyd edək ki, 28 yaşlı Kerolayn Levitt bir neçə gün əvvəl ikinci dəfə ana olub.
O, 60 yaşlı tikinti maqnatı Nikolas Riççiodan qız övladı dünyaya gətirib.