"ABŞ hələ qərar verməyib": Tramp İrana zərbələrlə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı zərbələrin bərpasının zəruriliyinə əmin deyil.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
O qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Trampın sözlərinə görə, İran razılaşma əldə olunmasında maraqlıdır. ABŞ lideri əlavə edib ki, danışıqların detalları yalnız məhdud sayda şəxsə məlumdur.