Dünya kraliçanı belə xatırlayır: II Yelizaveta "oyuncağa" çevrildi - FOTO
Kraliça II Yelizavetanın 100 illik yubileyi münasibətilə Almaniyanın oyuncaq istehsalçısı Steiff onun obrazında xüsusi plyuş ayı təqdim edib. Bu barədə La Repubblica nəşri məlumat yayıb.
Şirkət nümayəndələrinin sözlərinə görə, kolleksiya məhsulu Galerista ilə birgə hazırlanıb və Kraliçanın obrazı maksimum dəqiqliklə canlandırılıb. Oyuncağın hündürlüyü 30 santimetrdir.
Bildirilir ki, modelin hazırlanmasında II Yelizavetanın 2021-ci ildə Vindzor Kral Kuboku tədbirində geyindiyi obraz əsas götürülüb. Həmin vaxt o, yaşıl palto və şlyapa ilə diqqət çəkmişdi.
Oyuncağın detalları da xüsusi diqqətlə işlənib. Mirvari boyunbağı kristaldan əl işi ilə hazırlanıb, həmçinin “Çəhrayı Vanqard” broşunun dəqiq surəti istifadə olunub. Bu zinət əşyası kraliçaya 1944-cü ildə, 18 yaşı olanda hədiyyə edilmişdi.

Maraqlı məqamlardan biri də odur ki, II Yelizaveta adətən qara çantaya üstünlük versə də, istehsalçılar oyuncaqda ağ çanta seçərək daha “canlı və pozitiv görüntü” yaratmağa çalışıblar.
Plyuş oyuncağın qiyməti 289 funt sterlinq təşkil edir və ümumilikdə 4996 ədəd istehsal olunub.
Qeyd edək ki, 21 aprel 2026-cı ildə II Yelizavetanın anadan olmasının 100 ili tamam olur. O, 70 il 214 gün hakimiyyətdə qalaraq Böyük Britaniya tarixində ən uzunömürlü monarx kimi yadda qalıb.