İran ABŞ gəmilərinə dron zərbələri endirdi
İran Silahlı Qüvvələri ABŞ hərbi gəmilərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Bu barədə Tasnim агентliyi İran ordusunun “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbçiləri İslam Respublikasına məxsus və Çindən Oman körfəzinə doğru hərəkət edən gəmini saxlayaraq ona atəş açıb və naviqasiya sistemini sıradan çıxarıb. İran tərəfi bu addımı atəşkəs rejiminin pozulması kimi qiymətləndirib.
Tehran cavab olaraq ABŞ hərbi gəmilərinə pilotsuz aparatlarla hücum edib.
İran rəsmisi vurğulayıb ki, ölkə bundan sonra da ABŞ tərəfindən edilən “piratçılıq” və hücumlara sərt şəkildə cavab vermək niyyətindədir.