ABŞ lideri İsraili təriflədi - "cəsur və sadiqdir"
ABŞ Prezidenti Donald Tramp İsraili “böyük müttəfiq” adlandırıb.
O, Truth Social sosial şəbəkəsində paylaşımında bildirib ki, münaqişə zamanı bəzi ölkələr “öz həqiqi simasını göstərdi”, lakin İsrail onlardan fərqli olaraq “israrla mübarizə aparır və necə qalib gələcəyini bilir”.
“İnsanların İsraili bəyənib-bəyənməməsindən asılı olmayaraq, o, ABŞ üçün böyük müttəfiq olduğunu göstərdi. Onlar cəsur, sadiq və ağıllıdır...”
— deyə paylaşımda qeyd olunub.