WhatsApp planı ifşa oldu: məktəbə hücumun qarşısı alındı
Türkiyənin İzmir şəhərində orta məktəbə hücum planlaşdırdığı ehtimal edilən 8 nəfərlik qrupun üzvləri saxlanılıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Hüquq-mühafizə orqanları müəyyən edib ki, Torbalı rayonunda lisey şagirdlərindən ibarət qrup WhatsApp üzərindən Şanlıurfa və Kahramanmaraşda baş verən son hadisələrə bənzər şəkildə bir məktəbə hücum planlaşdırıb.
Araşdırma çərçivəsində 8 nəfər saxlanılıb. Onlardan 6-sı 17 yaşında, biri 18 yaşındadır, digər bir şübhəlinin yaşı açıqlanmayıb.
Məhkəmənin qərarı ilə saxlanılanlardan 2 nəfər ev dustaqlığına göndərilib, 2 nəfər məhkəmə nəzarətinə verilib, daha 3 nəfər isə sərbəst buraxılıb. Səkkizinci şəxs barədə tədbir açıqlanmayıb.
Şübhəlilərin evlərində və rəqəmsal materiallarda aparılan axtarışlar zamanı sübutlar ələ keçirilib.
Faktla bağlı istintaq davam edir.