İsrail 12 fələstinlini azad etdi: Qəzzaya keçid təmin olundu
İsrail 7 oktyabr 2023-cü ildə başladığı hücumlar zamanı Qəzza zolağının müxtəlif bölgələrində saxladığı 12 fələstinlini azad edib.
Azadlığa çıxan fələstinlilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının müşayiəti ilə Rəfahın şərqində yerləşən Kerem Şalom sərhəd-keçid məntəqəsindən Qəzza zolağına keçiblər.
İsrail həbsxanalarında işgəncələrə məruz qaldığı və sağlamlıq vəziyyətlərinin ağır olduğu bildirilən fələstinlilər Deyr əl-Bəlahdakı Əl-Əqsa Şəhidlər Xəstəxanasına yerləşdirilib.
Fələstinli Məhbuslar Cəmiyyəti bildirib ki, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların sayı 9 600-ü ötüb, onlardan 86-sı qadın, təxminən 350-si isə uşaqdır.