Tramp Ağ Evə 60 metr yaxınlaşan siyasətçiləri əfv edir
ABŞ prezidenti Donald Tramp səlahiyyət müddətinin sonuna yaxın administrasiyasının yüksək vəzifəli şəxslərinə kütləvi əfv vədi verib. O, bununla onları gələcəkdə mümkün təqiblərdən qorumağı planlaşdırır, The Wall Street Journal yazır.
Son müşavirələrin birində Donald Tramp özünə xas üslubda zarafat edərək bildirib ki, Oval kabinetə 60 metr məsafədə yaxınlaşan hər kəsi əfv edəcək. Nəşrin mənbələrinin sözlərinə görə, bu zarafat hər dəfə təkrarlandıqca “əfv radiusu” genişlənir.
“Oval kabinetə 200 fut (təxminən 60 m) məsafəyə yaxınlaşan hər kəsi əfv edəcəyəm”, — deyə Donald Tramp son müşavirədə iştirak edənlərin gülüşü altında bildirib.
İkinci prezidentlik müddəti ərzində Donald Tramp artıq təxminən 1600 nəfərə əfv verib — bu, ABŞ tarixində digər prezidentlərlə müqayisədə daha çoxdur. Əfv edilənlər arasında onun müttəfiqləri, donorları və 6 yanvar Kapitoliyə hücum işi üzrə fiqurantlar da var.