Avropada Trampın NATO ilə bağlı hədələrinə inanmadılar
ABŞ prezidenti Donald Trampın Avropadan Amerika qoşunlarının çıxarılması ilə bağlı hədələri diqqətə layiq deyil.
Bu barədə Finlandiyanın baş naziri Petteri Orpo NATO-nun baş katibi Mark Rüttenin Vaşinqtona səfərinin yekunlarına görə bildirib, Iltalehti xəbər verir.
“Biz bunu artıq son bir il ərzində və ya ona yaxın müddətdə dəfələrlə müşahidə etmişik Trampın çıxışları həqiqətən sərtdir, onun hədələri də elədir. Eyni zamanda ABŞ Avropada qalmaqda son dərəcə maraqlıdır”, — deyə Orpo bildirib.
Finlandiyanın baş naziri həmçinin xatırladıb ki, ABŞ-ın NATO-dan çıxması ilə bağlı qərarı yalnız Konqres qəbul edə bilər.
Bundan əvvəl bildirilmişdi ki, Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə qapalı görüşdə müttəfiqləri kəskin tənqid edib, İran ətrafındakı vəziyyətlə bağlı onların mövqeyindən narazılığını ifadə edib. Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Avropa ölkələri tərəfindən dəstəyin olmaması ilə əlaqədar cavab addımları ata biləcəyini bildirib.