Vaşinqton sanksiya siyasətini dəyişir: Rusiya və İran üçün yeni qərar
ABŞ prezidenti Donald Trampın Rusiya və İran neftinə tətbiq edilən sanksiyaların müvəqqəti yumşaldılmasını uzadacağı ehtimal olunur.
Bu barədə Semafor portalı məlumat yayıb.
Məlumata görə, bu güzəştlərin müddəti müvafiq olaraq 11 və 19 aprel tarixlərində başa çatır.
Bildirilir ki, Tramp administrasiyası bu həftə Rusiya neftinə qarşı sanksiyaların yumşaldılmasını uzada bilər və bu addımın İran nefti ilə bağlı da eyni qərara yol aça biləcəyi qeyd olunur.
ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyində sanksiyalar üzrə çalışmış ekspert Edvard Fişman isə hesab edir ki, Tramp ən azı aralıq seçkilərə qədər Rusiya neftinə qarşı sərt sanksiyaları bərpa etməyəcək.
O, həmçinin vurğulayıb ki, İran alternativ yanaşma nümayiş etdirib — ABŞ-ın siyasi tələblərinə tabe olmadan və sanksiya təzyiqinə boyun əymədən Vaşinqtona ciddi iqtisadi zərbə vurmaq mümkündür, bu da nəticədə sanksiyaların yumşaldılmasına gətirib çıxara bilər.