İran hava məkanını yenidən bağladı – qadağa uzadıldı
İran hakimiyyəti ölkənin hava məkanında uçuşlara qoyulan qadağanı martın 29-dək uzadıb. Bu barədə TASS agentliyinə Yaxın Şərqdəki aviadispetçer dairələrindən mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, istisna hallarda dövlət, hərbi və tibbi aviasiya, həmçinin təxliyə reysləri üçün icazə verilə bilər.
“İranın hava məkanı təxminən bazar günü, 29 mart tarixində Ümumdünya vaxtı ilə saat 08:30-dək bağlı olacaq”, – deyə mənbə bildirib.
Qeyd olunur ki, əvvəlki məhdudiyyətlər martın 22-si səhərinədək qüvvədə idi, lakin indi qadağa ən azı bir həftə uzadılıb.
Xatırladaq ki, İranın hava məkanı 28 fevralda ABŞ və İsrailin hərbi əməliyyata başlamasından sonra bağlanmışdı.