ABŞ-da Maduronun müttəfiqi ilə bağlı gizli plan üzə çıxdı
ABŞ və Venesuela sabiq sənaye naziri Aleks Saabın mümkün ekstradisiyası ilə bağlı danışıqlar aparır. Bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, Mayami prokurorluğu Saaba qarşı çirkli pulların yuyulması ittihamı irəli sürməyə hazırlaşır.
Mənbələr bildirir ki, ABŞ müstəntiqləri ilk növbədə sabiq məmurun ifadələrini əldə etmək istəyirlər. Bu ifadələrin Venesuela prezidenti Nikolas Maduroya qarşı aparılan istintaq işində mövqeləri gücləndirə biləcəyi qeyd olunur.
Bildirilir ki, əgər Karakas Saabi ABŞ-a təhvil verməyə razılıq versə, bu addım presedentsiz qərar olacaq və Maduronun ətrafı ilə bağlı yeni araşdırmaların başlanmasına yol aça bilər.