WSJ ABŞ-ın İran əməliyyatında itkilər barədə məlumat yaydı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatı başlayandan bəri 13 amerikalı hərbçi həlak olub, təxminən 200 nəfər yaralanıb. Bu barədə The Wall Street Journal qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, yaralanan 200 hərbçidən 10-u ağır xəsarət alıb, 170 nəfər isə artıq yenidən xidmətə qayıdıb.
Nəşr qeyd edir ki, yalnız cümə axşamı baş verən KC-135 yanacaqdaşıyan hərbi təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər həyatını itirib.