Canlı yayımda sözlər düyünə düşdü: Meloni suallar qarşısında çaşdı
İtaliyanın Baş naziri Giorgia Meloni canlı yayımda çətin vəziyyətə düşdü. Rete 4 televiziya kanalının efirində ABŞ-ın İrana hücumunu əsaslandırmağa çalışarkən, aparıcı Mario Giordanonun sərt sualları ilə üzləşdi. Aparıcı onun açıqlamalarındakı ziddiyyətləri göstərərək faktiki olaraq onu yalan danışmaqda ittiham etdi.
Əvvəlcə Meloni hərbi əməliyyat başlamazdan əvvəl diplomatiyanın uğursuzluğa düçar olduğunu bildirdi. Onun sözlərinə görə, ABŞ ilə İran arasında böhranı sülh yolu ilə həll etmək mümkün deyildi.
“Yəni demək istəyirsiniz ki, üzr istəyirəm, dəqiqləşdirirəm: danışıqlar və diplomatiya uğursuz oldu və sizin sözlərinizə görə, hücum başladığı anda artıq diplomatiya üçün yer qalmamışdı?” — deyə Mario Giordano soruşdu.
Meloni vəziyyətdən çıxmağa çalışaraq, İtaliyanın danışıqlar masasında iştirak etmədiyini əsas gətirdi. O, həmçinin İranın prosesi guya uzatdığına işarə etməyə cəhd etdi.