Kallas: Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror siyahısına saldı
Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatları siyahısına daxil edib. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X sosial şəbəkəsində məlumat verib.
“Repressiyalar cavabsız qala bilməz. Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri həlledici addım ataraq İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıdı”, — deyə o yazıb.
Qeyd edək ki, Avropa İttifaqınin bu qərarı İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı sanksiya və məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutur.