Aİ ölkələri Ukraynanın üzvlüyü ilə bağlı razılığa gələ bilmir
Avropa İttifaqına üzv olan bir sıra ölkələrin liderləri Kiyevin 2027-ci ildə birlik sıralarına qoşulmasına qarşı çıxıblar. Bu məsələ Ukraynadakı silahlı münaqişənin nizamlanması çərçivəsində müzakirə olunur. Bu barədə Financial Times məlumat yayıb.
Nəşr qeyd edir ki, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı məsələ hələlik razılaşdırılmayıb, çünki müzakirələr zamanı üzv ölkələr arasında fikir ayrılıqları yaranıb.
“Bu məsələ Avropa İttifaqının bəzi ölkələrinin etirazlarından sonra müzakirə mərhələsindədir”, — deyə nəşr yazır.