Çində qalmaqal: Si Cinpinin müavini casusluqda şübhəli bilinir
Çin Mərkəzi Hərbi Komissiyasının vitse-prezidenti Çjan Yuksya Çinin nüvə silahı proqramı haqqında məlumatı ABŞ-a ötürməkdə ittiham olunur.
Bu barədə "The Wall Street Journal" qəzeti məlumat verir.
Məqalədə deyilir: "Çinin yüksək vəzifəli generalı ölkənin nüvə silahı proqramı haqqında məlumatı ABŞ-a sızdırmaqda ittiham olunur".
O, həmçinin rüşvət almaqda da şübhəli bilinir.
Bir gün əvvəl Çin hakimiyyətinin Çjan Yusyaya qarşı korrupsiyaya qarşı araşdırma başlatdığı bildirilmişdi. İstintaq ciddi intizam və qanun pozuntuları şübhəsi ilə aparılır.