“Discombobulator” nədir? Trampdan sirli silah açıqlaması
ABŞ Prezidenti Donald Trump New York Post qəzetinə müsahibəsində Venesuela lideri Nicolas Maduronun ələ keçirilməsi zamanı ABŞ hərbçilərinin istifadə etdiyi “gizli silah”dan danışıb.
Tramp bildirib ki, söhbət “discombobulator” adlandırdığı — dezorientatordan gedir və əlavə edib ki, bu barədə çox danışa bilməz.
“Onlar (Venesuela Silahlı Qüvvələri) raketlərini işə sala bilmədilər. Onların rus və Çin raketləri var idi, amma heç biri havaya qalxmadı. Biz gəldik, onlar düymələri basdılar və heç nə işləmədi. Bizim gəlişimizə tam hazır idilər”, — deyə ABŞ lideri bildirib.
Qeyd olunur ki, discombobulator sözü neologizmdir və qeyri-rəsmi leksik çalara malikdir. Lüğətlərdə ümumi istifadədə olan termin kimi yer almır, lakin danışıq dilində, pop-mədəniyyətdə və fantastika janrında rast gəlinir. Sözün birbaşa mənası “çaşdıran”, “nizamsızlaşdıran”, “qarışıqlıq yaradan” cihaz və ya təsir kimi izah olunur.