İlon Mask siyasətə qayıdır: Respublikaçıların kampaniyasına milyonlar ayırır
Milyarder İlon Mask yenidən böyük siyasətə qayıdır və ABŞ-də 2026-cı il aralıq seçkilərində respublikaçıların kampaniyasını maliyyələşdirməyə hazırdır. Bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, dünyanın ən varlı adamı artıq Respublikaçılar Partiyasından Senat namizədinə 10 milyon dollar ayırıb. Bildirilir ki, Maskın ABŞ Prezidenti Donald Trampla gərgin münasibətləri son dövrlər yumşalmağa başlayıb.
Qəzetin məlumatına əsasən, son həftələr Maskın siyasi komandası rəqəmsal layihələr və siyasi mesajların yayılması üzrə işləyəcək potensial podratçılarla görüşlər keçirib.