ABŞ ÜST-dən çıxış prosesini borcu ödəmədən başa çatdırdı
ABŞ hakimiyyəti 22 yanvar tarixində Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxış prosesini təxminən 260 milyon dollar borcu ödəmədən yekunlaşdırıb. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, may ayında Ümumdünya Səhiyyə Assambleyası yaranmış borc probleminin hüquqi yollarla tənzimlənməsi imkanlarını müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, 2025-ci ilin may ayının əvvəlində ABŞ Prezidenti Donald Tramp BMT strukturlarına edilən ABŞ maliyyə töhfələrinin əhəmiyyətli dərəcədə azaldılması təklifi ilə çıxış etmişdi.