Politico yazır: ABŞ Qrenlandiya üçün “əlverişli an” axtarır
ABŞ yaxın aylarda Qrenlandiya üzərində nəzarət yaratmağa cəhd göstərə bilər.
Bu barədə Politico amerikalı rəsmilərə və siyasi icmalçılara istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkiləri və 4 iyul tarixində Amerikanın müstəqilliyinin 250 illiyi ərəfəsində Qrenlandiya məsələsi ilə bağlı addımların atılması istisna edilmir.
“ABŞ yaxın aylarda Qrenlandiya üzərində nəzarət yaratmaq üçün əlverişli fürsətdən istifadə etməyə cəhd göstərə bilər”, – deyə nəşr yazır.