Vaşinqtondan Tayvana nəhəng silah paketi: HIMARS və raketlər daxil
ABŞ prezidenti Donald Trampın administrasiyası Tayvana ümumi dəyəri 10 milyard dollardan çox olan genişmiqyaslı silah tədarükünü elan edib. Bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, silah satışına dair səkkiz saziş çərçivəsində 82 ədəd yüksək mobil artilleriya raket kompleksi (HIMARS) və 420 ədəd taktiki raket sistemi (ATACMS) Tayvana veriləcək. Bu hissənin ümumi dəyəri 4 milyard dollardan çoxdur.
Bundan əlavə, paketə 60 özüyeriyən haubitsa və əlaqəli avadanlıqlar daxildir ki, onların da dəyəri 4 milyard dollardan artıqdır. Həmçinin 1 milyard dollardan çox məbləğdə pilotsuz uçuş aparatları nəzərdə tutulur.
Silah tədarükü paketinə eyni zamanda:
-
1 milyard dollardan artıq dəyərdə hərbi proqram təminatı,
-
700 milyon dollardan çox məbləğdə Javelin və TOW raketləri,
-
96 milyon dollarlıq helikopter ehtiyat hissələri,
-
91 milyon dollarlıq Harpoon raketlərinin təmir dəstləri daxildir.