Venesuela gəmilərini hərbi müşayiətə aldı — ABŞ-la gərginlik artır
Venesuela hakimiyyəti ölkənin şərq sahillərindən yola düşən gəmilərin hərbi dəniz donanması tərəfindən müşayiət olunması barədə göstəriş verib. Bu barədə The New York Times yazır, Denmedia.az xəbər verir.
Məlumata görə, bu qərar ABŞ-la münasibətlərdə artan gərginlik fonunda qəbul edilib.
Ağ Evin isə Karakasın bu göstərişindən xəbərdar olduğu bildirilir.