Şərqi Sakit okeanda əməliyyat: narkotik daşıyan gəmi hədəf alındı
ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçılarına məxsus gəmini vurub. Bu barədə Pentaqon X sosial şəbəkəsində məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı üçün tanınmış marşrut üzrə hərəkət etdiyini və narkotrafik məqsədilə istifadə olunduğunu təsdiqləyib.
Pentaqonun məlumatına görə, zərbə nəticəsində dörd nəfər həlak olub.