İki nəhəng üz-üzə: 50 illik gizli sənədlər üzə çıxdı – İnanılmaz ssenari
ABŞ Soyuq müharibə dövründə Yaponiyada gizli nüvə təlimləri keçirib.
DenMedia.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi gizli sənədlərə istinadən məlumat yayıb.
Sənədlərdə bu təlimlərin Yaponiyanın “nüvə silahına sahib olmamaq, istehsal etməmək və ya ərazisinə daxil etməmək” kimi fundamental prinsiplərinə baxmayaraq keçirildiyi vurğulanıb.
Qeyd olunub ki, təlimlər 1972-ci ildə Okinavanın Yaponiyaya qaytarılmasından sonra da davam edib.
Kyuşu Universitetinin professoru Takuma Nakaşima bildirib ki, ABŞ ordusunun Okinavanın Yaponiyaya qaytarılmasından sonra belə nüvə hücumuna hazırlaşdığı ilk dəfədir ki, aşkarlanır.
Bildirək ki, Okinava adası 1945-ci ildən 1972-ci ilə qədər ABŞ-ın nəzarəti altında idi. Okinava döyüşü Yaponiya ilə ABŞ arasında baş verən ən qanlı quru döyüşlərindən biri olub. Adanın əhalisinin təxminən dörddə biri döyüşlərdə ölüb və nəticədə həm mülki şəxslər, həm də əsgərlər arasında 200.000-dən çox insan həlak olub.
Məxfi sənədlər ABŞ-ın Yaponiyadakı hərbi mövcudluğunun miqyası və Soyuq müharibə dövründə həyata keçirilən gizli fəaliyyətlər barədə müzakirələri yenidən gündəmə gətirib. Okinava vasitəsilə nüvə hazırlıqları iddiaları Tokio ilə Vaşinqton arasında keçmiş gərginliyi yenidən canlandırıb.
Sahnaz