Avropa diplomatlarına göstəriş: Rusiya ilə eyni kadra düşməyin
Avropa Xarici İşlər Xidməti (ESSB) Rusiya diplomatları ilə əlaqə qurmaq üçün Cenevrədəki BMT yanında Dövlətlərin Daimi Nümayəndəliklərinə təlimatlar göndərib.
Bu barədə RIA Novosti diplomatik mənbəyə istinadən xəbər verir.
Sənəddə, digər məsələlərlə yanaşı, Rusiya diplomatlarının iştirak etdiyi tədbirlərdən yayınmaq tövsiyə olunur. Əgər Avropa diplomatları belə tədbirlərdə iştirak etməli olsalar, onlardan Rusiya nümayəndələri ilə birlikdə kameraya düşməmələri xahiş edilib.
Mənbənin sözlərinə görə, bu, AXFX tərəfindən yayılan ikinci analoji sənəddir.
Bildirilir ki, bu tədbirlərin təsiri artıq Rusiya diplomatik missiyasının əməkdaşları tərəfindən hiss olunur. Belə ki, görüşlər zamanı onlarla əl sıxılmır, hətta bir diplomatik missiyanın təşkil etdiyi tədbirdən Rusiya nümayəndələrindən çıxmaları xahiş edilib.