Sülh üçün son cəhd? Beş ölkə Tramp planını müzakirə edəcək
ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Ukrayna nümayəndələrinin 13 dekabr tarixində Ukrayna münaqişəsinin nizamlanması üzrə ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi planı müzakirə etmək üçün görüşəcəyi gözlənilir. Bu barədə mənbələrə istinadən Axios portalı məlumat yayıb.
Portalın məlumatına görə, Parisdə keçirilməsi planlaşdırılan görüş sülh planı üzrə konsensus əldə etmək cəhdi kimi qiymətləndirilir.