ABŞ Kolumbiya prezidentini hədəfə götürür? Tramp açıq mesaj verdi
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kolumbiya Prezidenti Qustavo Petro narkotrafiklə mübarizədə növbəti hədəfə çevrilə bilər.
DenMedia.az xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Respublikaçı lider xəbərdarlıq edib ki, əgər Kolumbiya hökuməti ölkədəki narkotik istehsalı və qaçaqmalçılığına nəzarət etməsə, Vaşinqton sərt addımlar atacaq.
Jurnalistlərin Petro ilə mümkün danışıqlar barədə sualını Tramp açıq xəbərdarlıqla cavablandırıb və Kolumbiyanın ABŞ-a narkotik axınındakı rolunu vurğulayıb.
“Kolumbiya çoxlu narkotik istehsal edir, onlarda kokain istehsalı üçün fabriklər var və bunu ABŞ-a satırlar. Ona görə də Petro özünə gəlməlidir, yoxsa növbəti o olacaq”, — deyə Tramp bildirib.