“Tez həll edəcəyəm”: Tramp Asiyada sülh missiyasına başlayır
DenMedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində Tayland və Kamboca liderləri ilə danışmaq niyyətində olduğunu bildirib.
Məqsəd — iki ölkə arasında yaranmış gərginliyi aradan qaldırmaqdır.
“Onların iki möhtəşəm lideri var, iki möhtəşəm insan. Sabah (Vaşinqton vaxtı ilə 11 dekabr) onlarla danışığım planlaşdırılıb”, — deyə Tramp bildirib. O, daha əvvəl bu problemi həll edə bildiyini və indi də bunu “kifayət qədər tez” edəcəyini düşündüyünü qeyd edib.