Tramp narkodilerlərə quru əməliyyatı vəd etdi
ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkotik ticarəti ilə məşğul olan qruplara quru ərazidə də zərbələr endirmək planlarından imtina etmədiyini bildirib.
“İndi bunu quruda da edəcəyik. Çünki quruda daha da asandır”, – deyə Tramp Pensilvaniyada iqtisadiyyətlə bağlı çıxışında vurğulayıb.
Onun sözlərinə görə, Karib dənizində narkodilerlərin gəmilərinə endirilən hər bir zərbə “20 min amerikalının həyatını xilas edir”.
Tramp həmçinin bildirib ki, ABŞ-ın Karib dənizində gəmiləri vurmaq üçün istifadə etdiyi raket sistemi Somaliyə də yönəlib.
“Bizim eyni sistemimiz Somaliyə də tuşlanıb”, – deyə o əlavə edib.
O iddia edib ki, əgər somalililər ABŞ gəmilərinə hücum etməyə cəhd etsələr, Vaşinqton həmin sistemi işə salacaq.
Amerikalı lider Somalini “dünyanın ən pis dövləti” adlandırıb və deyib ki, “onlarda nə ordunun, nə parlamentin, nə də polisin olması belə mümkün deyil.”
“Onlar özlərini qoruyurlar və daim bir-birilərini öldürürlər”, – deyə Tramp əlavə edib.