Medvedev Aİ-yə ultimatum göndərdi: “Aktivlərə toxunsanız, nəticələr qaçılmazdır”
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin Ukraynaya “reparasiya krediti” kimi yönəldilməsi, müharibə elan etmək üçün qanuni əsas sayıla bilər.
O vurğulayıb ki, həmin vəsaitlərin geri qaytarılması “artıq məhkəmə yolu ilə deyil, əsl reparasiyalar formasında baş verə bilər”.