Tramp Qrinin istefasına sevinci gizlətmədi — “Bu, ölkə üçün möhtəşəmdir”
ABŞ prezidenti Donald Tramp, Konqresi tərk etmək qərarı verən Marjori Teylor Qrinin addımına sevindiyini bildirib. ABC News-a müsahibəsində o, bu qərarı ölkə üçün “əla xəbər” adlandırıb.
“Düşünürəm ki, bu, ölkə üçün əla xəbərdir. Çox gözəldir”, — deyə Tramp vurğulayıb.
O həmçinin bildirib ki, Qrinin istefa qərarından əvvəlcədən xəbərdar olmayıb və hesab edir ki, “yəqin özü də bundan xoşbəxtdir”.