Sarkozi zəhərlənmə qorxusundan həbsxanada yalnız yoqurt yeyir
Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanada yalnız yoqurtla qidalanır, — bu barədə Le Point nəşri onun yaxın ətrafına istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, siyasətçi zəhərlənmək qorxusundan adi yeməklərdən imtina edib. Ən çox isə “kimsənin yeməyinə tüpürməsindən və ya daha betər nəsə etməsindən” ehtiyat edir.
Sarkozi prinsipial olaraq həbsxana mağazasından məhsul alıb yemək bişirmir. Jurnalın məlumatına görə, o, “hətta yumurta bişirməyi belə bacarmır”.
Nəşr hesablayıb ki, keçmiş dövlət başçısı 21 oktyabr — həbs olunduğu ilk gündən bəri yalnız yoqurt yeyir. Məhkəmə 10 noyabrda onun vəkillərinin azadlığa buraxılması barədə müraciətinə baxacaq. Jurnalistlər istisna etmir ki, bu “yoqurt pəhrizi” qərarın qəbulunda nəzərə alına bilər.
Sarkozi hazırda Paris bölgəsindəki Sante həbsxanasında beş illik cəzasını çəkir. O, 2007-ci il seçki kampaniyasının Liviyanın hökuməti tərəfindən maliyyələşdirilməsi işi üzrə məhkum edilib.