İki Pakistan vətəndaşı Çində pilotajlı kosmik uçuşlarda iştirak üçün hazırlıq keçəcək.
DenMedia.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Çin Xalq Respublikasının Pilotajlı Kosmik Uçuş Proqramı İdarəsinin məlumatına görə, təlimi başa vurduqdan sonra pakistanlı kosmonavtlardan biri “faydalı yük üzrə mütəxəssis” kimi Yerə yaxın orbitdə yerləşən “Tiangong” kosmik stansiyasına qısamüddətli missiyada iştirak edəcək.
Aprel ayında Çin Kosmik Agentliyinin sədr müavini Lin Sitsyan bildirmişdi ki, pakistanlı astronavtların “Tiangong” stansiyasına uçuş üçün seçimi üç mərhələdə aparılacaq.