Türkiyədə ZƏLZƏLƏ oldu
Türkiyədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
DenMedia.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 14:30-da baş verib. Məlumata görə, zəlzələnin episentri yer səthindən 7 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə hər hansı məlumat verilməyib.
Sahnaz