Merkel deyir ki, hərbi güc vacibdir, amma diplomatiya önəmlidir
DenMedia.az xəbər verir ki, Almaniyanın sabiq kansleri Angela Merkel Partizán kanalına verdiyi müsahibədə Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışmaq lazım olduğunu bildirib. Onun sözlərini “İzvestiya” qəzeti sitat gətirib.
“Rusiya-Ukrayna münaqişəsi məsələsində bir tərəfdən biz hərbi baxımdan güclənməliyik və Avropa bunu edir. Amma mən həmçinin düşünürəm ki, soyuq müharibə dövründə olduğu kimi, diplomatiya hər zaman vacibdir,” – deyə o bildirib.
Sabiq kanslerin sözlərinə görə, Avropa liderləri əvvəlcədən və birlikdə düşünməli, diplomatik tədbirlərin hadisələrin gedişinə necə təsir göstərə biləcəyini qiymətləndirməlidirlər.
Merkel əlavə edib ki, o heç vaxt Almaniyanın və ya şəxsi olaraq özünün həddindən artıq səlahiyyəti olduğunu hiss etməyib. Həmçinin vurğulayıb ki, beynəlxalq səviyyədə hər zaman birgə hərəkət etmək lazımdır, çünki ölkələr ortaq qərar tapa bilməsələr, heç nə əldə etmək mümkün olmayacaq.