“Azad gələcək istəyirik!” — Tbilisidə minlərlə tələbə hökumətə etiraz edir
Oktyabrın 4-də Gürcüstanın paytaxtında yerli seçkilər ərəfəsində etiraz aksiyaları başlayıb.
DenMedia.az xəbər verir ki, etirazçılar Rustaveli prospektini bağlayaraq parlament binasının qarşısına, eləcə də Müqəddəs Georgi abidəsinin yaxınlığındakı Azadlıq meydanına toplaşıblar.
Mitinqdə iştirak edən tələbələr hökuməti Rusiya ilə sıx əlaqələrdə ittiham edərək, ölkənin azad və müstəqil gələcəyini tələb edirlər. Onlar mövcud hakimiyyət əleyhinə şüarlar səsləndirir və dinc dəyişikliklərdə israr edirlər.
Yerli seçkilər səhər saat 8:00-dan axşam saat 20:00-a qədər keçirilir. 12 siyasi partiya iştirak edir və Tbilisi də 9 namizəd arasından mer seçir.