Azərbaycanda ötən il 200 tələbə dünyasını dəyişdi
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib.
DenMedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında məlumat yer alıb.
Qeyd olunub ki, vəfat edən tələbələrin 33-ü bakalavr, 5-i magistr, 67-si tam orta ixtisas, 95-i isə ümumi orta ixtisas bazasında təhsil alıblar.